AZ

Türkiyə - Çexiya oyunu bu səbəblərə görə tarixə düşdü

\"Avro-2024\" turniri çərçivəsində keçirilən Türkiyə-Çexiya matçı çempionatların tarixinə düşüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçda hakim İştvan Kovaç futbolçulara 18 sarı, 2 qırmızı vərəqə göstərib.
 
Bu da ən çox kart göstərilən oyun kimi tarixə iz salıb. 

Təəccüblüsü odur ki, bundan əvvəlki antirekordların ikisi Çexiyanın adı ilə bağlıdır.
 
Belə ki, 28 il əvvəl çexlərin İspaniya və Portuqaliyaya qarşı matçlarında 10 vərəqə göstərilib. 

Qeyd edək ki, Avro-2000-də İtaliya-Niderland, Avro-2016-da Portuqaliya-İspaniya oyunlarında da hakim 10 dəfə əlini cibinə atmışdı.
 
Məryəm
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
41
azxeber.com

10Mənbələr