Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Əhaliyə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, iyunun 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Sarı xəbərdarlığa uyğun olaraq Şahbuz, Naxçıvan, Culfa, Ordubad, Xızıda küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.