AZ

IDEA-nı ziyarət etməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdən məmnun oldum - İnger Andersen

Bakı. Trend:

Dünən IDEA İctimai Birliyinin ofisini ziyarət etməkdən və ətrafmühitin mühafizəsi üzərində səylə çalışan fəallarla görüşməkdənməmnun oldum.

Bu barədə Trend-in sualına cavab olaraq BMT Baş katibininmüavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoruİnger Andersen Bakıda keçirilən birgə brifinqdə deyib.

Andersen Azərbaycanda gənclərin bir çox münasibətdə getdikcəliderə çevrildiyini qeyd edib.

"Dəyişikliklər valideynlərindən suyu açmağı xahiş edənbalacalardan tutmuş müəyyən qaydalara etiraz edən yeniyetmələrəqədər, həmçinin, əmək bazarına çıxan gənclər arasında baş verir.Gənclərin bu dəyişikliklərə təsir etmək imkanı var, çünki gənclərsadəcə növbəti nəsil deyil, gələcəkdir.

Bu səbəbdən rəhbər vəzifə tutanların yerlərini verərək, gəncləriprosesə cəlb etmələri vacibdir. Naziri və onun komandasını СОР29-untəşkilatçılığına görə alqışlayıram, axı onların gənc nümayəndəsivar və gəncləri danışıqlar masasına dəvət etməklə onlar üçün yerayırıblar. Bu, vacib və əhəmiyyətlidir. Dünən IDEA-nı ziyarətetməkdən və ətraf mühitin mühafizəsi üzərində səylə çalışanfəallarla görüşməkdən məmnun oldum. Gənclərin burada, Azərbaycandaöz töhfələrini vermək üçün ruh yüksəkliyini və səylərini gördüm", -deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
az.trend.az

4Mənbələr