AZ

Gürcülər Avropada tarix yazır: "AFFA, gözünüzə su verin!" - VİDEO

ARB televiziyasında yayımlanan "Günə doğru" verilişində Gürcüstan millisinin tarixi uğurundan bəhs edilib. 

AzxeberSport xəbər verir ki, verilişin aparıcısı Rahil Sayadoğlu Gürcüstan millisininin AVRO-2024-dəki uğuru haqda danışıb: 

"2013-cü ildə Kriştiano Ronaldo "Dinamo Tbilisi"nin Futbol Akademiyasının açılışına gəlir. Açılışda Akademiyanın uşaqları Kriştiano Ronaldo ilə şəkil çəkdirirlər. Həmin o şəkil çəkdirən uşaqlar bu gün nəinki Ronaldoya rəqib olublar, onun təmsil etdiyi ölkənin millisini məğlub edib pley-offa adlayıblar. Gürcülər futbolda tarix yazır.

Telaaparıcı daha sonra AFFA-nı tənqid edib: 

Qonşumuz futbolda tarix yazır. AFFA, gözünüzə su verin! Əhali və ərazi cəhətdən bizdən balaca olan qonşularımız görün nələr edirlər. Deməli, sistemli işin nəticəsi belə olur. Tanış olmayanda, müxtəlif yollarla milliyə futbolçu çağırılmayanda belə olur. Gürcülərin pulu da bizdən azdır, şəraiti də bizdən zəifdir. Amma bu gün onlar 1/8 finaldadırlar. Adamı yandırıb-tökür. Nəyimiz çatmır? Nə qədər qohum-qonşudan sevinəcəyik? Yeni AFFA rəhbərliyinə heç nə demirəm. Amma uzun illərin AFFA rəhbərliyi vaxtı fövtə verdi".

Həmin videonu təqdim edirik:

" target="_blank">//

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
azxebersport.az

1Mənbələr