AZ

Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq olimpiadada dünya biricisi oldu

Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq olimpiadada dünya biricisi oldu

22-26 iyun tarixində Dubay şəhərində FİSO olimpiadasının global mərhələsi təşkil olunub.

Hit.az xəbər verir ki, dünya ölkələrindən 600 qədər iştirakçı qalib adı uğurunda mübarizə aparıb.

Ölkəmiz böyük komanda ilə olimpiadada təmsil olunub. "Global Olympiad Center" təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər İngilis dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə biliklərini nümayiş etdiriblər.

Komanda hesabında dünya birinciliyini əldə edən millimizin tərkibində çıxış edən şagirlərimizdən 6 nəfər dünya biricisi, 7 nəfər dünya ikincisi, 12 nəfər isə dünya üçüncüsü adını qazanıb. Eyni zamanda xüsusi mükafatlar əldə ediblər.

Qeyd edək ki, tanınmış turizm eksperti Rəhman Quliyevin oğlu İsmayıl Quliyev də olimpiadada gümüş medal qazanıb.

AzərbaycanAzərbaycanAzərbaycanAzərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
sonxeber.az

2Mənbələr