AZ

Ceyhun Bayramov Darçiaşvili ilə Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatını müzakirə edib

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatını müzakirə edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, həmkarı ilə üçtərəfli formatda gələcək əməkdaşlıq planlarının müzakirə edildiyini qeyd edib:

“Biz nəqliyyat və energetika sahələrində əməkdaşlığı, Orta Dəhlizin əhəmiyyətini müzakirə etdik. Azərbaycan Respublikası bizim üçün yalnız yaxşı dost deyil, həm də strateji tərəfdaşdır. Birgə səylərimizlə bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirmişik. Bu layihələr regionumuzun mövqeyini gücləndirib. Əminəm ki, gələcəkdə də bu layihələr sayəsində regionun cazibədarlığı artacaq”.

Darçiaşvili həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin müzakirə edildiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
apa.az

1Mənbələr