AZ

İliya Darçiaşvili: Gürcüstanla Azərbaycan əməkdaşlığı yeni miqyasa keçirməyə başlayır

Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Gürcüstanla Azərbaycan arasında regional, strateji əməkdaşlıq çox fərqlidir, biz əməkdaşlığımızı yeni miqyasa keçirməyə başlayırıq. Bu, ölkələrimiz və regionun əmin-amanlığı üçün vacibdir.

Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və hörmət edir. Gürcüstan və Azərbaycan respublikaları müxtəlif formatlarda əməkdaşlıq edirlər. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir”, - gürcü nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
apa.az

6Mənbələr