"Sistem korrupsionerdir, köhnəlmişdir, təmsilçi gücündən məhrumdur. Sülh və təhlükəsizliyi qorumaq və günahsız insanların həyatını qorumaq kimi ən əsas funksiyasını yerinə yetirə bilmir”.
Publika.az xəbər verir ki, bu sözləri BMT-nin keçmiş Baş katibi Ban Ki Mun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını tənqid edərkən deyib.
O, əsasən daimi üzvləri tənqid edərək, Şuranın ən əsas funksiyasını yerinə yetirə bilmədiyini iddia edib: "Şura bugünkü münaqişələrdə yoxuşa dirənib. Daimi üzvlər 1945-ci ildə onlara verilmiş veto hüququndan sui-istifadə edirlər”.
Sessiyada “2023 Uşaq və Silahlı Münaqişə Hesabatı” dərc olunub. Məlumata görə, 9-17 yaş arası 800-dən çox uşaq terror təşkilatı PKK/YPG tərəfindən saxlanılıb. Bundan əlavə, 231 uşaq təşkilata qoşulmağa məcbur edilib.