Cənubi Koreya Rusiyaya qarşı sanksiyaları genişləndirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, iyulun 1-dən Rusiya Federasiyası, Şimali Koreya və üçüncü ölkələrdən olan beş şirkət və dörd gəmiyə qarşı Şimali Koreyaya silah və neft məhsullarının tədarükündə iştirak etdiklərinə görə sanksiyalar tətbiq edilir. KXDR-dən nüvə və raket proqramlarında iştirak edən 8 nəfər də məhdudiyyətlərə məruz qalıb. Bəyanatda bildirilir ki, tədbirlər Moskva ilə Pxenyan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasından sonra yaranan təhlükəsizlik təhdidinə cavab olaraq həyata keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta