AZ

Avropa Rusiya sərhədinə qoşun YERİDƏCƏK

NATO  Avropa Birliyinin Rusiya ilə sərhəddə müdafiə xəttinə maliyyə ayırmasına qarşı deyil.

Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, Şimali Atlantika Alyansı Avropa İttifaqının (Aİ) Rusiya və Belarus ilə sərhəddə müdafiə xəttini maliyyələşdirməsinə qarşı deyil.

Həmçinin baş katibi Yens Stoltenberq bildirdi ki, NATO üçün vacib məqam bu tip təhlükəsizlik işlərinin görülməsindən ibarətdir.

Qeyd olunur ki, bir müddət əvvəl Polşa, Litva, Latviya və Estoniya Avropa Birliyinin Rusiya və Belarus ilə sərhəd boyunca müdafiə xətti tikməyə çağırıb. Buradan da aydın olur ki, birlik bu yol ilə Rusiyanın hərbi təhdidlərindən qorumağa çalışır.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
redaktor.az

1Mənbələr