AZ

Ceyhun Bayramov: Azərbaycanla Gürcüstan bir-birinin təşəbbüslərini hər zaman dəstəkləyir

Dövlət rəsmilərinin qarşılıqlı səfərləri ölkələrimizin ikitərəfli münasibətlərin möhkəmliyindən xəbər verir. Azərbaycanla Gürcüstan bir birinin təşəbbüslərini hər zaman dəstəkləyir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi görüşdən sonra keçirilən brifinqdə deyib

"Bizim üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan platforması mövcuddur. Bir sıra mühüm qərarlar qəbul edilib və bəzi mövzularda razılıq əldə edilib. Ölkələrimizin həyata keçirdiyi layihələr nəqliyyat, enerji təhlükəsizliyi baxımından çox vacibdir.

"Ölkələr arasında ticarət dövriyyəsi 900 milyon dollar olub ki, bu da ötən illə müqaisədə artıqdır. Azərbaycanın Gürcüstan üzərindən dünya bazarlarına neft, qaz boru kəmərləri keçir. Bu layihələr regionumuzun inkişafına böyük töhfə verir. Yaşıl enerji koridoru layihəsi də əsrin əhəmiyyətli layihələrindən sayıla bilər", - C.Bayramov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
operativmedia.az

6Mənbələr