AZ

Spiker Ermənistanın Aİ üzvlüyünə dair referendum keçirəcəyini və xalqın buna “hə” deyəcəyini bildirib - YENİLƏNİB

Bizim cəmiyyətimiz Avropa İttifaqının bir hissəsi olmağa qərar verib.

APA xəbər verir ki, bu barədə Latviyada səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, bir neçə gün əvvəl parlamentdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi məsələsinin müzakirə olunduğunu xatırladıb.

“Düşünürəm ki, yaxın gələcəkdə bizdə bu referendum olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, - Simonyan əlavə edib.

***

11:01

Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.

"Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq. Beləliklə, Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var", - Simonyan deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
apa.az

2Mənbələr