AZ

Ağcaqanadların yaydığı xəstəlik ARTIR - Fövqəladə vəziyyət ELAN EDİLDİ

Ağcaqanadlar tərəfindən yayılan denge qızdırması xəstəliyi keçən illə müqayisədə 3 dəfə artıb.


Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.


“2024-cü il yanvarın 1-dən Amerika qitəsindəki ölkələrdə 9,7 milyondan çox denge xəstəliyinə yoluxma halları aşkar edilib. Bu rəqəm 2023-cü ildə qeydə alınan yoluxma sayından (4,6 milyon hadisə) iki dəfə çoxdur".


Bildirilib ki, bu xəstəlik ağcaqanadlardan insanlara yayılan viral infeksiyadır.


Yüksək hərarət, baş ağrısı, bədən ağrıları, ürəkbulanma bu xəstəliyin geniş yayılmış simptomlarıdır. 


Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
sfera.az

2Mənbələr