AZ

Apple Watch Series 10 smart saatının CAD render fotoları təqdim edilib

     Apple şirkəti sentyabr ayında iPhone 16 smartfon seriyası ilə birlikdə həmçinin Apple Watch Series 10 smart saatını da təqdim etməlidir. İndi isə 91mobiles saytı sözügedən smart saatın CAD render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş CAD render fotolara əsasən Apple Watch Series 10-un xarici görünüşündə bir dəyişiklik olmayacaq və o, keçən ilki Apple Watch Series 9-a bənzəyəcək. Lakin bununla belə məlumatda qeyd edilib ki, Apple Watch Series 10 daha böyük ölçülü ekranı əldə edəcək.     Söhbət, 2 düym ölçülü ekrandan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple Watch Series 9 modeli 1.7 düym ölçülü ekrana, Apple Watch Ultra modeli isə 1.93 düym ölçülü ekrana sahibdir. CAD render fotolardan da göründüyü kimi Apple Watch Series 10-da fiziki düymənin yeri dəyişilməz olaraq qalacaq. O, smart saatın sağ hissəsində yerləşəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Apple şirkətinin bu yeni smart saatı daha böyük həcmli batareyanı da əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
technote.az

1Mənbələr