AZ

Qriqorçuku baş məşqçi postuna gətirən "Neftçi" 3 variantdan birini seçdi

«Neftçi»də 1 aydan artıq davam edən fasilə başa çatıb. Dünən roman Qriqorçuku sükan arxasına gətirən «ağ-qaralar» bu gün yeni mövsümün hazırlıqlarına start verəcək. İlk 2 gün tibbi baxışa gedəcək. Daha sonra komanda toplanışın birinci mərhələsinə giriş edəcək.
Paytaxt təmsilçisini bunun ardınca xaricə səfər gözləyir. Üç seçim var idi - Türkiyə, Sloveniya və Avstriya. Bakılılar qardaş ölkəni seçib.Toplanışın konkret hansı şəhərdə təşkil ediləcəyi qısa zamanda müəyyənləşdiriləcək.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sportinfo.az

1Mənbələr