AZ

ERMƏNİSTAN Aİ-YƏ ÜZVLÜKLƏ BAĞLI REFERENDUM KEÇİRƏCƏK

Ermənistan yaxın vaxtlarda Aİ-yə üzv olmaq zərurəti ilə bağlı referendum keçirə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı Latviyanın “LSM.lv” telekanalı ilə söhbətində bildirib.

“Cəmiyyətimizin rəyi var - Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə referendumla bağlı müzakirələr getmişdi... Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bu referendum bizdə də olacaq”, - deyə spiker vurğulayıb.

“Bizə Latviya və digər Avropa tərəfdaşlarından kömək lazımdır. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini bölüşürük, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var”, - deyə parlament nümayəndəsi bildirib.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
tezadlar.az

1Mənbələr