AZ

"Sabah"ın rəqibi futbolçusunu satdı

style='margin-bottom:10px;'>

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Hayfa, İsrail) futbolçusu Stav Naxmanini satıb. 

QOL.az xəbər verir ki, 21 yaşlı hücumçu "Aşdod"a (İsrail) keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Naxmani ilə 2 illik müqavilə imzalanıb.

Futbolçu ötən mövsümü icarə əsasında “Aşdod”da keçirmişdi.

Xatırladaq ki, “Sabah” və “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr