AZ

Gürcüsta parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini təsdiqləyib

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Əsas qanun layihəsi ilə yanaşı, kşi və qadının birliyindən başqa nikahların qeydiyyata alınmasına qadağa, yetkinlik yaşına çatmayan uşaqların eyni cinsli cütlüklər tərəfindən övladlığa götürülməsinə qadağa və s. kimi mövcud qanunlara dəyişikliklər də daxildir.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsi kvorum üçün lazım olan 50 səsdən 78-i tərəfindən səsə qoyulub. Parlamentdəki müxalifət partiyaları toplantını boykot edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
operativmedia.az

1Mənbələr