AZ

Azərbaycanda evtanaziyanın leqallaşdırılması nə kimi problemlər yarada bilər?

Evtanaziya hüququnun tanınması cəmiyyətdə mənəvi və etik dəyərlərə necə təsir edə bilər? Eutanaziyanın leqallaşdırılması cəmiyyətin həyat və ölüm haqqında düşüncələrini və münasibətini dəyişə bilərmi? Azərbaycanda evtanaziyanın qanunla leqallaşdırılması nə kimi problemlər yarada bilər? Ümumiyyətlə, evtanaziya doğrudurmu?

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva Ednews-a açıqlamasında bildirib ki, evtanaziyanı qınamaq doğru deyil:

“Evtanaziyanın mənası xeyirxah ölüm deməkdir. Bir çox ölkələrdə qanunla tənzimlənmiş və leqallaşdırılmışdır. Lakin Azərbaycanda rəsmi deyil. Can insan üçün çox şirin bir nemətdir, ancaq bəzi insanlar şiddətli şəkildə can ağrıları çəkir. Yaşadıqları əzab, sızıltı və illərdi çəkdikləri əziyyət onları artıq yorur. Əgər bu çarəsiz bir xəstəlikdirsə, toparlanmayacaq bir xəstəlikdirsə həmin insanlar ölməyi arzulayırlar. Sözsüz ki, ciddi xəstəliyi olan insanların ətrafı və yaxınları da bundan mənfi təsirlənir. Evtanaziyanın olması mənəvi və etik dəyərlərə görə hər bir insana fərqli şəkildə təsir edə bilər. Mənim fikrimcə illərdir xəstəliyi olan və bundan əziyyət çəkən insan hüquqi və tibbi prosedurlar çərçivəsində, təbii ki ailə və yaxınlarınında razılığı ilə evtanaziya ola bilər”. 

Psixoloq vurğulayır ki, mən heç vaxt evtanaziya etdirən şəxsi qınaya bilmərəm: 

“Həyat hər bir insanın gözündə öz nəzəri ilə baxılır. Mənim həyatıma mənim baxdığım kimi heç kəs baxa bilməz. Mən həmin insanı anlayaram və onu yarqılamaram. Ona görə deyərdim ki insanına görə qanuna minməsi fərqli Şəki anlaşıla bilər. Bəzi insanlar üçün bunu vurğulamaq daha asan ola bilər. Məsələn, bəzi insanlar "canı ağrısa da, sızlasa da əsas yanımda olsun, mən ona illərdir baxım" kimi fikirlər söyləyə bilər. Dediyim kimi evtanaziya insana və fərdlərə görə dəyişir. İlk vurğulamaq istəyirəm ki, əgər evtanaziya qanunu qüvvəyə minsə sıradan bir qanun olmayacaq. Söylədiyim qaydaların çərçivəsində evtanaziya gerçəkləşdirilə bilər. Biz əziyyət çəkən insanların gözü ilə baxa bilmədiyimiz üçün bu haqda kənardan fikir bildirmək rahatdır. Əslində deyərdim Azərbaycan da Evtanaziyanın qanunlaşdırılması bir psixoloq olaraq deyərdim ki fərqli şəkildə qəbul edilə bilər. Kimisə bunu bəyənməyə, hətta maddələrini bilmədiyi halda fikir bildirə, qınaya bilər. Həmçinin bunun tam əksidə ola bilər. Bu böyük bir sosial sualdır. Əslində əvvəlki dövrlərə nisbətən Azərbaycan cəmiyyəti bunu daha normal qarşılaya bilər. Situasiyaya fərqli sferadan baxa bilərlər. Lakin dediyim kimi insandan insana və hadisələrə görə dəyişir. Niderland və Belçika kimi ölkələrdə hüquq çərçivəsində bu təbliğ olunur. Lakin bunu biz ictimaiyyətə sorğuda anlaya bilərik. Mənim fikrimcə Azərbaycan cəmiyyəti fikirlərini formalaşdırmağa çalışır”.

A. Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
ednews.net

1Mənbələr