AZ

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Şahlar Ağayev dəfn edilib - FOTO - Yenilənib

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahlar Ağayevlə Xaçmaz rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonu Ağçay kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

13:07

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahlar Hüseynağa oğlu Ağayevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Ağçay kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü il noyabrın 12-də Xaçmaz rayonunun Ağçay kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

Ş.Ağayev Xaçmaz rayonunun Ağçay kəndində dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
11
qaziler.az

10Mənbələr