“Roma”da gözlənilən hadisə baş verib.
Paytaxt klubu baş məşqçi Daniele De Rossi ilə müqaviləni yeniləyib. 40 yaşlı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Xatırladaq ki, De Rossi baş məşçqi vəzifəsində Joze Mourinyonu əvəzləyib.
O, bu il yanvarın 16-dan “Roma”nın baş məşqçi vəzifəsini icra edir. Komanda ötən müddət ərzində bütün turnirlərdə 26 oyun keçirib, 14 dəfə qalib gəlib, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. “Roma” A seriyasının son mövsümünü 6-cı yerdə başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta