AZ

Paytaxt klubunda yeni müqavilə

“Roma”da gözlənilən hadisə baş verib.

Paytaxt klubu baş məşqçi Daniele De Rossi ilə müqaviləni yeniləyib. 40 yaşlı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Xatırladaq ki, De Rossi baş məşçqi vəzifəsində Joze Mourinyonu əvəzləyib.

O, bu il yanvarın 16-dan “Roma”nın baş məşqçi vəzifəsini icra edir. Komanda ötən müddət ərzində bütün turnirlərdə 26 oyun keçirib, 14 dəfə qalib gəlib, 6 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. “Roma” A seriyasının son mövsümünü 6-cı yerdə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
football-plus.az

1Mənbələr