AZ

Slovakiyanın yeni prezidenti Zelenski ilə görüşəcək

Slovakiyanın

Slovakiyanın yeni prezidenti Peter Pelleqrini Avropa İttifaqı liderlərinin iyunun 27-28-də keçiriləcək sammiti zamanı ukraynalı həmkarı Vladimir Zelenski ilə ilk ikitərəfli görüşünü keçirəcək. Görüşün cümə axşamı Brüsseldə reallaşacağı bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədəPravda.sk məlumat yayıb.

Pelleqrini deyib ki, görüşün baş tutub-tutmayacağını hələ dəqiq bilməsə də, bu, iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində onun Ukraynaya rəsmi səfərindən əvvəl keçiriləcək iki görüş olacaq.

Qeyd edək ki, Robert Fiko hökuməti hakimiyyətə gəldikdən sonra Slovakiyanın Ukraynaya hərbi dəstək verməyəcəyini bəyan edib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, Robert Fiko hökuməti Kiyevə kommersiya silahlarının tədarükünü dayandırmayıb və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını rəsmən dəstəkləyir.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
reyting.az

1Mənbələr