AZ

Montella: “Türkiyə millisi tarix yazmağa davam əzmindədir”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Çexiyaya qarşı keçirdikləri oyunu (2:1) şərh edib.

Arena.az italyan mütəxəssisin bu barədə oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərini təqdim edir:

“Türkiyə millisi uzun müddətdir ki, böyük yaqışlarda qrupdan çıxa bilmirdi; ona görə də çox xoşbəxtik. Bugünkü oyunda yaranmış çətinlikləri aradan qaldıra bildik.

İndi biz qələbədən həzz almaq istəyirik, amma sabahdan diqqətimizi növbəti oyuna yönəldəcəyik – tarix yazmağa davam etmək istəyirik.

Qarşıda altı günlük bərpa müddəti var. Avstriya yığması çox çətin qrupda birinci yeri tutub. Bu, böyük heyranlığa layiq sürətli, çevik komandadır”, deyə Montella vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “F” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Portuqaliya – 6 xal
Türkiyə – 6 xal
Gürcüstan – 4 xal
Çexiya – 1 xal

Portuqaliya, Türkiyə və Gürcüstan yığmaları 1/8 finala vəsiqə qazanıblar. Çexiya millisi isə yarışla vidalaşıb.

Türkiyə millisi bu mərhələdə Avstriya yığması ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
arena.az

1Mənbələr