AZ

Haşek Türkiyə millisi ilə oyun haqda: “Bu, müsibətdir”

Çexiya yığmasının baş məşqçisi İvan Haşek AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Türkiyəyə qarşı keçirdikləri oyunu (1:2) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, çex mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, müsibətdir. Mən çox məyusam, çünki komandamız 1/8 finala çıxmağa qadir idi, buna gərəkli imkanımız vardı. Uşaqlara acıyıram, bütün güclərini verdilər, sona qədər mübarizə apardılar. Uğursuzluğun əsas amili, Gürcüstan millisi ilə oyun oldu, hansı ki, qələbəni qopara bilmədik”, deyə Haşek təəssüflə vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “F” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Portuqaliya – 6 xal
Türkiyə – 6 xal
Gürcüstan – 4 xal
Çexiya – 1 xal

Portuqaliya, Türkiyə və Gürcüstan yığmaları 1/8 finala vəsiqə qazanıblar. Çexiya millisi isə yarışla vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
arena.az

1Mənbələr