AZ

Rusiyada uşaqların doğulmasını istəməyənlərlə bağlı layihə

Rusiyada uşaqsız (childfree) ideologiyasını qadağan edən qanun layihəsi üzərində işlənilir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda Rusiya ədliyyə nazirinin müavini Vsevolod Vukolov danışıb. Onun sözlərinə görə, uşaq sahibi olmamaq çağırışları, xüsusən də gənc qadınlara ünvanlanan çağırışlar aradan qaldırılmalıdır.

“Bu gün ekstremist oriyentasiyası ilə bağlı belə ideologiyalar çoxdur”, - Vukolov bildirib.

Bundan əvvəl psixoloq Dmitri Deulin qeyd edib ki, Rusiyada uşaqsız mədəniyyətlə mübarizə aparmaq lazımdır, bunun üçün SSRİ təcrübəsinə müraciət edə və uşaqsızlığa görə vergi tətbiq etmək olar.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr