AZ

Edvard Yordenesku: “Rumın olduğum üçün fəxr edirəm”

Rumıniya millisinin baş məşqçisi Edvard Yordenesku AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Sovakiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, rumın mütəxəssisin 1:1 hesabıyla başa çatmış matç barədə fikirlərini təqdim edir:

“Belə məqamları həyatda yalnız bir dəfə yaşayırsan. Üç oyunun hər birində bizə evdə olduğumuz kimi hiss etdirən bütün azarkeşlərə təşəkkür edirəm. Evdə qalan azarkeşlərə təşəkkür edirəm. Mən rumın olduğum üçün fəxr edirəm. Məncə, indi hamı fəxr edir.

Bu, inanılmazdır. Ümidvaram ki, bu, bizim üçün davam edəcək. Xasiyyət nümayiş etdirmiş futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün biz döyüşdük, heç vaxt təslim olmadıq. Biz həmişə ürəkdən oynayırıq. Ağılla, nizamla. Bütün gücümüzü isə oyuna veririk. Biz mütəşəkkil surətdə oynayırıq. Bu səviyyədə çox qaçmaq, amma eyni zamanda ehtiyatlı olmaq və oyunun hər dönüşünə tez qarşılıq vermək gərəkdir. Biz isə ura ilə qarşılıq verdik”, deyə Edvard Yordenesku məmnunluqla vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “E” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Rumıniya – 4 xal
Belçika – 4 xal
Slovakiya – 4 xal
Ukrayna – 4 xal

Rumiya, Belçika və Slovakiya yığmaları 1/8 finala vəsiqə qazanıblar. Ukrayna millisi isə yarışla vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
arena.az

1Mənbələr