AZ

Yeni qanun qüvvəyə mindi: Yalnız bu şəxslərə evlənməyə icazə veriləcək

Türkiyənin Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsi əcnəbi vətəndaşların nikah prosedurları ilə bağlı yeni qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə məktub artıq nikah məmurlarına göndərilib. Məktubda evlənmək istəyən xarici vətəndaşların qanuni qalma hüququ olmadığı təqdirdə evlənmək üçün müraciət etməmələri bildirilir:

"Əcnəbi şəxs bir türklə evlənmək istədiyi zaman, etibarlı pasport və ya pasportu əvəz edən sənədlə birlikdə ölkəmizdə qalmaq üçün qanuni hüquqa malikdirsə, nikah ərizəsi alınmalı və vəziyyət əyalətinizdə nikahı rəsmiləşdirən bütün vəzifəli şəxslərə bildiriməlidir. Bu, ictimai asayişi təmin etmək və qeyri-qanuni immiqrasiyaya qarşı effektiv mübarizə aparmaq üçündür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
publika.az

1Mənbələr