AZ

Domeniko Tedesko: “AÇ-2024-də kiçik rəqiblər yoxdur”

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Ukraynaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan-alman mütəxəssisin qolsuz bitən matç (0:0) barədə fikirlərini təqdim edir:

“Biz, bu gün geri çəkilə bilməyəcəyimizi bilirdik. Komandaya müraciətimin mənası aydın idi: biz oynamalı və qələbə qazanmağa çalışmalıyıq. Futbolçularım müxtəlif seçimləri sınadılar. Erkən qolları necə vuracağımızı bilirik, sonra qol vurmağı da bacarırıq və bu halda çox şey sonradan asanlaşır. Amma bu gün də komandamla fəxr edirəm. Onlar sonda təzyiqin öhdəsindən gəldilər, buraxılmış bir qol – yarışdan kənarlaşdırılmaq demək olardı.

Bu qrup çoxlarının düşündüyündən daha çətin oldu. Kağız üzərində favorit ola bilərsiniz, amma bütün bu oyunları gerçək olaraq oynamaq gərəkdir. Belə rəqiblərin isə itirəcəkləri heç nə yoxdur. Onlar öz qapılarına göz-qulaq olaraq hücum edirlər və buna görə də dramatik nəticələr olmadan topu itirə bilərlər. Onların da çoxlu əla futbolçuları var. Bu yarışda kiçik rəqiblər yoxdur”, deyə Domeniko Tedesko vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “E” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Rumıniya – 4 xal
Belçika – 4 xal
Slovakiya – 4 xal
Ukrayna – 4 xal

Rumiya, Belçika və Slovakiya yığmaları 1/8 finala vəsiqə qazanıblar. Ukrayna millisi isə yarışla vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
arena.az

1Mənbələr