AZ

Azərbaycanda "yaşıl" enerji mərkəzləri yaradılacaq - iqtisadiyyat nazirinin müavini

Bakı. Trend:

2030-cu ilədək Azərbaycan yüksək keyfiyyətli "yaşıl" enerjiekoloji mühiti və mərkəzləri yaratmağı planlaşdırır.

Trend xəbərverir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib ƏləkbərovBakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcəküçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışındadeyib.

Onun sözlərinə görə, təyin edilmiş strategiyaya əsasən, ölkədəyaşıl sahə 12 faizdən 12,3 faizədək artırılmalı, istifadəyəyararsız torpaqların ərazisi isə 25 faizdən 15 faizədəkazaldılmalıdır.

"Əhalinin içməli su ilə təmin edilməsi 70 faizdən 85 faizə,suvarma suyu ilə təmin olunması isə 80 faizdən 90 faizədəkçatdırılmalıdır", - deyə nazir müavini vurğulayıb.

O, həmçinin, qeyd edib ki, tullantıların təkrar emalının payıBakıda 20 faiz, regionlarda isə 10 faiz olmalıdır.

"Bundan başqa, 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişafstrategiyasına əsasən, bərpa olunan enerji mənbələrindən enerjiistehsalının payı 17,3 faizdən 24 faizə çatdırılacaq", - deyə oəlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
az.trend.az

5Mənbələr