AZ

Sergey Rebrov: “Futbolçularımla fəxr edirəm”

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Belçikaya qarşı keçirdikləri oyunu (0:0) şərh edib.

Arena.az Ukrayna Futbol Assosiasiyası (UAF) mətbuat xidmətinə istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təəssüf ki, Rumıniya yığmasına məğlub olduğumuz ilk oyun səbəbindən ələmə mərhələsinə çıxa bilmədik. Həmin oyunda 0:1 və 0:2 hesablarından sonra da ayılmadıq. Slovakiya yığması ilə oyuna görə futbolçularıma minnətdaram. Bu gün də qələbə qazanmağa, imkanlar yaratmağa çalışdıq. Kifayət qədər imkanlarımız vardı, amma biz yüksək səviyyəli komandaya qarşı oynayıdıq, çox çətin idi. İmkanlarımızdan yararlana bilmədik, amma futbolçularımdan şikayətim yoxdur.

Bu yarış çox vacibdir, biz ölkəmizi təmsil edirik. Son iki oyunda futbolçuların çıxışı və xasiyyəti ilə bağlı sual yaranmayıb. Biz millətimizin xasiyyətini nümayiş etdirdik. İndi insanlara göstərmək vacibdir ki, biz hələ də mübarizə aparırıq, bizim, bir parçası olduğumuz Avropadan köməyə ehtiyacımız var. Burada təmsil edilməyimiz bizim üçün çox vacibdir. Təəssüf ki, ilk oyunda yaxşı oynamadıq. Ancaq bu, həyatdır və səhvləri cavablamaq vacibdir. Düşünürəm ki, yaxşı qarşılıq verdik. Təəssüf ki, dörd xal qazanaraq daha da irəli gedə bilmədik. Bugünkü oyundan danışsaq, futbolçularımla fəxr edirəm. Düşünürəm ki, Ukraynada hər kəs hesabdan narazıdır, amma oyunçularıma heç bir sualım yoxdur.

Yarış ərzində harada olmağımızdan asılı olmayaraq, dəstək hiss edirdik. Bu, çox vacibdir, futbol həyatın bir hissəsidir. Biz onu da başa düşürük ki, biz indi təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün mübarizə aparırıq”, deyə Sergey Rebrov vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “E” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Rumıniya – 4 xal
Belçika – 4 xal
Slovakiya – 4 xal
Ukrayna – 4 xal

Rumiya, Belçika və Slovakiya yığmaları 1/8 finala vəsiqə qazanıblar. Ukrayna millisi isə yarışla vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
arena.az

1Mənbələr