AZ

Orta Dəhlizə yeni yüklərin cəlb olunması müzakirə edildi

Bakı.Trend:

Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin(ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri ZufarNarzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoaliilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüşkeçirib.

Trend "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verirki, görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda, OrtaAsiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləriüzrə yük dövriyyəsinin artırılması imkanları və bu imkanların dünyabazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub.

Görüş zamanı dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhliz üzrəyükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunmasıməqsədilə rəqabətədavamlı və rəqəmsal xidmətlərin göstərilməsi üçünhazırda üzərində işlənilən layihələri müzakirə ediblər.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığıngenişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə, ADY nümayəndə heyəti işgüzar səfər çərçivəsindəyerli logistika şirkətləri ilə təşkil olunmuş "Dəyirmi masa"daiştirak ediblər.

Seçilən
87
20
az.trend.az

10Mənbələr