Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Doğru.az-a verilən məlumata görə, tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
DOĞRU.AZ