AZ

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Şahlar Ağayevlə vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahlar Hüseynağa oğlu Ağayevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Ağçay kəndində ailəsinə təhvil verilib.Hazırda şəhidlə vida mərasimi keçirilir.Qeyd edək ki, Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü il noyabrın 12-də Xaçmaz rayonunun Ağçay kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.Ş.Ağayev Xaçmaz rayonunun Ağçay kəndində dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
9
dosye.org

4Mənbələr