AZ

Yeni «Honda CR-V» buraxılıb – 100 KİLOMETRƏ 0,8 LİTR SƏRF EDİR

Yeni «Honda CR-V e:PHEV» plagin hibrid qurğusu ilə təchiz edilib. Krossoverin zəngin təchizatı var – tək elektriklə 82 kilometr məsafə qət edir.

Ukraynada təqdim olunan Yeni «Honda CR-V e:PHEV» (modelin tam adı belədir) 148 at güclü 2 litrlik benzin və 184 at güclü elektrik mühərrikinə sahibdir. Maşın tam çəkən deyil – aparıcı ön təkərlərdir.

Yeni «Honda CR-V» plagin-qibrid 100 km/saat sürətini 9,4 saniyəyə yığır, maksimal sürət 195 km/saatdır. Eyni zamanda 17,7 kVtsaat gücündə böyük batareya hesabına maşın 82 kilometri tam eplektrik gücü ilə qət edə bilir. Yanacaq sərfinə gəlincə, kombinə olunmuş tsikldə bu 100 km-ə 0,8 litr edir.

Ukraynada təqdim olunan «Honda CR-V e:PHEV» yalnız ən bahalı «Advance Tech» komplektasiyada təklif edilir – onun qiyməti 2 515 600 qrivna və ya təqribən 62 min dollardır.

Maşının salonu dəri ilə işlənib, iki zonalı klimat kontrol, panoram tavan, qabaq şüşəyə proyeksiya, tam dairəvi çəkiliş edən kameralar, parkinq avtopilotu və sair var.

Eyni zamanda bu modelin zəngin təhlükəsizlik opsiyaları var – buraya 11 təhlükəsizlik yastığı, qabağa və arxaya gedərkən avtomatik tormozlanma sistemi, maşını hərəkət zolağından çıxmağa qoymayan, «kor» zonaların nəzarəti və sürücünün yorğunluğuna nəzarət edən sistemlər mövcuddur.

YeniYeniYeni
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
fed.az

1Mənbələr