AZ

Daha bir namizəd İranda növbədənkənar prezident seçkilərində iştirakdan İMTİNA ETDİ – FOTO

Daha bir namizəd İranda növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi SNN məlumat yayıb.

Tehranın hazırkı meri Əlirza Zəkani iyunun 28-də İranda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini geri götürüb.

“Mən Cəlili və Qalibafdan (mühafizəkar namizədlər) birləşməyi və üçüncü Ruhaninin (islahatçı) hökumətinin qurulmasının qarşısını almağı xahiş edirəm”, – o deyib.

Bundan əvvəl İranın vitse-prezidenti Haşiminin digər mühafizəkar namizədlərin xeyrinə prezident seçkilərində iştirakdan imtina etdiyi bildirilib.

Beləliklə, prezidentlik uğrunda mübarizəni 4 namizəd aparacaq.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
interpress.az

1Mənbələr