AZ

Azərbaycanın 5 cüdoçusu ilk mərhələdə qələbə qazanıb - FOTOLAR

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə uğurlu start veriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, qızlardan Diana Eldarova (48 kq) ardıcıl iki görüşdə qələbə qazanıb.

Eyni çəkidə Nuranə Hacızadə ilk qarşılaşmasında qalib gəlib.

Nərmin Məmmədli, Leyla Ələkbərova (hər ikisi 44 kq) da komanda yoldaşları kimi mərhələ adlayıblar. Xədicə Abdullayeva (40 kq) isə məğlubiyyətlə üzləşib.

Oğlanlardan Nihad Məmişov (55 kq) uduzaraq mübarizəni dayandırıbsa, Nihad Rəhimov (60 kq) qələbə qazanıb. Bahadur Feyzullayev və Məhəmmədəli Hüsiyev (50 kq) növbəti mərhələdə tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 30-da başa çatacaq.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr