AZ

Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyət göstəriciləri açıqlanıb

Bakı. Trend:

2017-ci ildən fəaliyyət göstərən və "Təmiz Şəhər" ASC-nintərkibinə daxil olan Balaxanı Sənaye Parkına investisiyalarindiyədək ümumilikdə 53 milyon manat olub.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə "Təmiz Şəhər" ASC-nin İdarəHeyətinin sədri Etibar Abbasov Bakıda keçirilən "Yaşıl dünya naminəHəmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlıbeynəlxalq forumda çıxışında deyib.

Onun sözlərinə görə, sənaye parkının ərazisində 229 milyon manatdəyərində məhsul istehsal etmiş 25 rezident fəaliyyət göstərir.

"Eyni zamanda, tullantıların emalı nəticəsində park ərazisindəəldə edilən məhsulların 10 faizi xarici ölkələrə ixrac olunub", -deyə E.Abbasov qeyd edib.

O, parkda 1100 yeni iş yerininn açıldığını bildirib.

"Bu sənaye parkı müasir texnologiyalar əsasındarəqabətqabiliyyətli sənaye məhsulları istehsalınıngenişləndirilməsində və ölkəmizdə ekoloji vəziyyətin daha dayaxşılaşdırılmasında xüsusi rol oynayır", - o deyib.

E.Abbasov "Təmiz Şəhər" ASC-yə daxil olan 800 min tontullantının bir hissəsinin Balaxanı Bərk Məişət TullantılarınınÇeşidlənməsi Zavodunda çeşidləndiyini, yandırıldığını və bir ilərzində bu proses nəticəsində 200 mln. kVt-saat elektrik enerjisihasil olunduğunu əlavə edib.

Xatırladaq ki, "Təmiz Şəhər" ASC 2008-ci ildə AzərbaycanRespublikasının Prezidentinin fərmanı ilə yaradılıb və 2009-cuildən utilizasiya sistemləri yaratmaqla və bərk məişəttullantılarının müasir standartlara uyğun olaraq utilizasiyası yoluilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində işlərgörür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
az.trend.az

1Mənbələr