AZ

Qida təhlükəsizliyi üçün 5 qızıl QAYDA

Yay aylarında artan qida zəhərlənmələrindən qorunmaq üçün bişmiş və çiy qidaların ayrılması, təmizlənməsi, düzgün bişirilməsi, qidaların müvafiq temperaturda saxlanılmasına diqqət yetirilməlidir. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hava istiliyinin artmasının təsiri ilə yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlinir. 

Qusma, ishal, mədə ağrısı, hərarət və ümumi halsızlıq kimi əlamətlərdə özünü göstərən qida zəhərlənməsi isti hava şəraitində bakteriya və digər mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində baş verir. 

Bunlar ümumiyyətlə yüngül və qısa müddətli xəstəliklər olsa da, zəhərlənməyə səbəb olan bəzi qida və insan faktorları bəzən xəstəliyin daha ağır keçməsi ilə nəticələnə bilir. Qida təhlükəsizliyini təmin etmək üçün bəzi qaydalara əməl edilməlidir. 

Öncəliklə bişmiş ərzaqlar və çiy ərzaqlar ayrılmalıdır. Qidalar ayrıldıqdan sonra yaxşıca təmizlənməlidir. 

Qida zəhərlənməsinin qarşısını almağın ən təsirli yolu qidaları düzgün hazırlamaq və saxlamaqdır. 

Onu da qeyd edək ki, bakteriyalar xəstə və ya daşıyıcı şəxs vasitəsilə də qidaya keçə bilər. 

Çiy ət, quş əti və dəniz məhsullarını bişmiş məmulatlar və salatlar kimi digər çiy qidalardan ayırmaq, çiy qidaların hazırlanmasında müxtəlif bıçaq və kəsici taxtalardan istifadə etmək, hazır qidaları və çiy qidaları ayrı saxlamaq vacibdir. 

Qidaların hazırlanması və yeyintisi zamanı sağlamlığı qorumaq üçün bütün təzə meyvə və tərəvəzləri bol suda yaxşıca yumalıyıq.  

Çiy qidalara toxunduqdan sonra əlləri yaxşıca yumaq, ət və balıq, xüsusilə çiy toyuq ilə təmasda olan bütün səthləri və avadanlıqları hər istifadədən sonra bolca isti su ilə yuyaraq dezinfeksiya etmək lazımdır. 

Dondurulmuş qidaların soyuducu temperaturunda, orijinal qablaşdırmada soyuq axar suyun altında və ya mikrodalğalı sobalarda əridilməsi, əridikdən sonra yenidən dondurulmaması və qurudulmuş ət məhsullarının soyuducuda örtülü saxlanması tövsiyə olunur”. 

Oksana 

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
6
azxeber.com

2Mənbələr