AZ

Ermənistan referendum keçirə bilər

Ermənistan tezliklə Avropa İttifaqına üzv olmaq zərurəti ilə bağlı referendum keçirə bilər.

News365.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı deyib.

“Bir neçə gün əvvəl parlamentimizdə referendumla bağlı müzakirələr gedirdi... Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bu referendum bizdə də olacaq”, - deyə o, vurğulayıb.

O, əmin olduğunu bildirib ki, Ermənistan vətəndaşları ölkənin Avropa İttifaqına daxil olmasının zəruriliyi ilə bağlı suala müsbət cavab verəcəklər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
news365.az

1Mənbələr