AZ

Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib

İyunun 27-dən 29-dək stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək.

“İki sahil” xəbər verir ki,  Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstərəcəklər.

Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. İştirakçılar şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.

Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
14
ikisahil.az

10Mənbələr