“Şamaxı” və “Qəbələ”nin sabiq futbolçusu Felipe Santosun Azərbaycana dönüşü baş tutmayıb.
Bu barədə Futbolinfo.az saytına braziliyalı yarımmüdafiəçi özü məlumat verib.
27 yaşlı hücumameyilli oyunçu danışıqların uğursuz nəticələndiyini bildirib: “Razılaşa bilmədiyimiz üçün ad çəkməyim doğru olmaz. Hazırda başqa variantlarım da var. Menecerim bununla məşğuldur. Azərbaycandan maraqlı təklif olsa, Premyer Liqaya qayıtmağın əleyhinə olmaram”.
Qeyd edək ki, Felipe Santos 2023-24 mövsümünü İsrailin “Hapoel” (Hayfa) klubunda keçirib. Onun israillilərlə müqavilə müddəti iyulun 1-nə qədərdir.