AZ

İranda prezidentliyə ƏN ŞANSLI NAMİZƏD – Onun seçilməsi Türkiyə və Rusiya üçün də məqbuldur

İyunun 28-də keçiriləcək prezident seçkisi ilə əlaqədar İranda aparılan təbliğat-təşviqat kampaniyası başa çatıb. Bu gün qonşu ölkədə sükut günüdür. Sabah isə iranlılar ölkənin doqquzuncu prezidentini seçəcəklər. Maraqlıdır, namizədlərdən hansının prezident seçilmək üçün şansı daha çoxdur?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, yerli və beynəlxalq media əsas mübarizənin islahatçı namizəd hesab olunan Məsud Pezeşkianla mühafizəkar Səid Cəlili arasında gedəcəyi vurğulanır.

Onun sözlərinə görə, dövlət maraqlarının qorunması baxımdan bu gün İrana Səid Cəlili lazımdır: “Əslində, İrana dövlət olaraq bu gün Səid Cəlili lazımdır. Əgər nəzərə alsaq ki, İranda dini liderin və Şureyi Xobreqanın fikri çox önəmlidir, o zaman Cəlilinin daha şanslı olduğunu söyləyə bilərik. Nə üçün? Çünki Yaxın Şərqdə müharibə gedir. İran orada oyunçudur. Mühafizəkar xətti təmsil edən biri lazımdır ki, İran aktivliyini saxlasın. Digər tərəfdən İbrahim Rəisinin ölümü, İranın İsraili vurması, daha sonra “Hizbullah”ın İran raketi ilə Dəmir Qübbəni vurduğunu iddia etməsi mühafizəkar xəttin davamını İran üçün zəruri edir. Cəlilinin bioqrafiyası onu deməyə əsas verir ki, bu işi o görə bilər”.

A.Hüseynov deyib ki, regionun əsas iki gücü sayılan Rusiya və Türkiyə üçün də S.Cəlilinin prezident seçilməsi daha uyğundur: “Türkiyə və Rusiya üçün də Cəlili uyğun namizəddir. Bu, regionda anti-Qərb koalisiyasının davamı deməkdir. Pezeşkiyan isə islahatçı bir prezidentlə işləyib. Onun keçmişi “şahin” deyil. Ona görə İran dərin dövlətinin ona yaşıl işıq yandıracağını düşünmürəm. Bizə isə əhdlərə kim sadiq olacaqsa, İbrahim Rəisi ilə Prezident İlham Əliyevin imzaladıqları razılaşmalara kim əməl edəcəksə, o uyğundur. Hər halda İran ənənəvi ölkədir. Orada əsas təhlükəsizlikdir. İndi islahatçılar geosiyasi və siyasi tələbə uyğun deyil”.

Ərtürk İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
medianews.az

1Mənbələr