AZ

Bir çoxları tələbələr üçün olan kreditlərdən XƏBƏRSİZDİR

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

 

Belə ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə bununla bağlı bir araşdırma aparılmalıdır:

 

“Ümumiyyətlə hər hansı bir qərar qəbul edildikdə burada təhlilinin aparılması çox önəmlidir. Məsələni tam araşdırdıqdan sonrada ona uyğun addım atılmalıdır. Mahiyyət ondadır ki, təhsil haqqının ödənilməsi ilə bağlı əvvəlki illərdə problem daha çox idi. məsələn valideynlər gedib 10-15% bankdan kredit götürdülər ki, övladının təhsil haqqını ödəyə bilsin. Lakin bu gün Tələbə Təhsil Kredit Fondu var və fond 1, 3%-ə kredit verir.

O kreditlədə insanlar rahat formada təhsilini davam etdirə bilərlər. Tələbələrin təhsil haqqının ödənilməsi məsələsində qeyd etdiyim məqam xüsusi önəm daşıyır. Görünən odur ki, hələ də insanların bir qismi bu məsələ barədə kifayət qədər məlumata malik deyillər”.

 

Həmsöhbətimiz gənclərin ixtisas seçimində diqqətli olmağa səsləyib:

 

“Bu ümumiyyətlə ciddi bir problemdir. Gənclərlə tez-tez görüşürəm. Diqqət edirəm ki, gənc bir ixtisasda təhsil alır, amma arzusu başqa ixtisasdır. Bu nəyə görə baş verir? Əksər hallarda gənclər hansısa ixtisas seçiminə valideynləri tərəfindən məcbur edilirlər. Bu da gənclərin motivasiyasına mənfi təsir göstərir. Onlarda müəyyən ruh düşkünlüyü yaradır.  

 

Bu rəqəmlər öz özlüyündə çox məsələləri ehtiva etmir. Bunun dərinliyinə gedib detallı formda araşdırmaq lazımdır. Əgər biz bunu indi etməsək, məsələnin üzərinə düşməsək nəticə etibarı ilə gələcəkdə bu rəqəmin daha çox ola bilər. Bu da ümumi qeyd etdiyim kimi təhsil sisteminə təsirsiz ötüşməyəcək”, - deyə fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
azedu.az

2Mənbələr