AZ

Amerikalıların əksəriyyəti həm Baydenin, həm də Trampın prezident seçilməsini istəmir

Amerikalıların

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ vətəndaşlarının əksəriyyəti prezidentliyə namizədlərin heç birindən – nə hazırkı dövlət başçısı, demokrat Cozef Baydendən, nə də onun sələfi respublikaçı Donald Trampdan razı deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “New York Times” qəzetinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb. Respondentlərin 61 faizi Demokratlar Partiyasının, 54 faizi isə Respublikaçılar Partiyasının başqa namizədlər irəli sürməli olduqlarını bildirib.

Sorğu namizədlərin cümə axşamı günü keçiriləcək ilk debatından öncə, 20-25 iyun tarixlərində 1226 seçici arasında aparılıb.

Həmçinin rəy sorğusunda iştirak edən respondentlərin 77 faizi Cozef Bayden və Donald Tramp arasında keçiriləcək debatları izləyəcəklərini, 19 faizi isə bununla maraqlanmadıqlarını bildiriblər.

Seçilən
85
azertag.az

1Mənbələr