AZ

Azərbaycan klubu amerikalı voleybolçunu transfer edib

Azərbaycan

Bakı, 27 iyun, AZƏRTAC

“Milli Aviasiya Akademiyası” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.

Bu barədə AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib. Funksionerin sözlərinə görə, Bakı təmsilçisi amerikalı Alianza Darleylə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.

O, son olaraq ölkəsinin “Texas-El Paso Miners” komandasında çıxış edib.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası”nı yeni mövsümdə italiyalı mütəxəssis Covanni Torçio çalışdıracaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
azertag.az

1Mənbələr