AZ

Aİ Ukraynadan yumurta və şəkərə idxal rüsumlarını bərpa edəcək

Aİ

Avropa İttifaqı etiraz edən avropalı fermerlərin tələblərini yerinə yetirmək üçün Ukraynadan yumurta və şəkər idxalına rüsumların bərpası ilə bağlı qərarını iyunun 28-də elan edəcək.

Bu barədə “Financial Times” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, rüsumlar ağ şəkərin tonu üçün 419 avro, xam şəkərin hər tonu üçün 339 avro və 1 kq yumurta üçün 30 avro sent olacaq.

Qərar bir il müddətinə - 2025-ci ilin iyun ayına qədər, yəni Aİ-nin mayın 25-də Ukraynadan bütün kənd təsərrüfatı məhsulları idxalına kvotaları dayandırdığı bütün dövr üçün qəbul ediləcək.

Qəzetlə söhbətində Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, planlaşdırılan tarif dəyişiklikləri Ukrayna və Aİ arasında mövcud razılaşmaya uyğundur, lakin Kiyev şərtlərin yaxşılaşdırılması və “bütün ikitərəfli məhdudiyyətlərin aradan qaldırılması” ilə bağlı Brüssellə danışıqları davam etdirir.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr