AZ

Serbiya prezidenti Vuçiç milli komandaya əsəbiləşib

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Futbol Komandasının Almaniyanın ev sahibliyi etdiyi 2024-cü il Avropa Çempionatına (AVRO 2024) Xorvatiya aviaşirkəti ilə getməsinə qəzəblənib.

Serbiya lideri Vuçiç Serbiya Millisinin Xorvatiya aviaşirkəti ilə AVRO-2024-ə getməsinə münasibət bildirib.

Serbiya Milli Məclisinin sədri Ana Brnabiç yerli televiziya kanalına verdiyi açıqlamada Vuçiçin Serbiya Milli Komandasının Xorvatiya hava yolu şirkəti ilə Almaniyaya getməsinə qəzəbləndiyini deyib.

Brnabiç vəziyyətin biabırçı olduğunu və günahkarların müəyyən edilməsini gözlədiyini bildirib.

Uçuşun Serb hava yolu şirkəti AirSerbia ilə həyata keçirilməsinin qürurverici olacağını bildirən Brnabiç ictimaiyyətin milli komandaya dəstək verməsinin qarşısını almamaq üçün daha əvvəl bu açıqlamanı vermədiklərini söyləyib.

Bu arada, İngiltərə, Danimarka və Sloveniyanın yer aldığı AVRO-2024 C qrupunda Serbiya 2 xalla sonuncu olub və turnirlə vidalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
kommersant.az

1Mənbələr