AZ

Təbrizdə "Azərbaycanım" mahnısı səsləndirildi - Pezeşkianın seçki təbliğatından möhtəşəm görüntülər + VİDEO

İyunun 28-də yəni, sabah İranda prezident seçkiləri baş tutacaq.

Prezidentliyə namizədlərdən olan Məsud Pezeşkian seçkiqabağı təşviqat kampaniyası ilə bağlıTəbrizdə öz seçiciləri ilə bir araya gəlib.

"AzPolitika" xəbər verir ki, ötən gün keçirilən seçki təbliğatı zamanı maraqlı bir an yaşanıb. Belə ki, tədbir zamanı Rəşid Behbudovun məşhur “Azərbaycanım” mahnısı səsləndirilib və Cənubi Azərbaycandan olan soydaşlarımız bir ağızdan birlikdə bu mahnını ifa ediblər. Ortaya xoş mənzərə qısa zaman ərzində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Qeyd edək ki, İslahatçılar düşərgəsinə mənsub olan 70 yaşlı keçmiş səhiyyə naziri Məsud Pezeşkian Soyuqbulaq (Mahabad) şəhərində azərbaycanlı ailəsində anadan olub. Seçkiqabağı təşviqat zamanı o, azərbaycanlı olması ilə fəxr etdiyini bildirib. O, bir neçə gün əvvəl Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan” şüarını səsləndirib.

"AzPolitika.info"


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
azpolitika.info

1Mənbələr