AZ

Ağsuçay məcrasından çıxıb, əraziyə ağır texika və canlı qüvvə cəlb edilib

Ağsuçay

Ağsu, 27 iyun, AZƏRTAC

Bir neçə gündür aramsız yağan yağışlar nəticəsində çaylardan sel keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə çaylardan biri də Ağsu rayonu ərazisindən keçən eyniadlı çaydır. Aramsız yağan leysan yağışlardan sonra dağlardan gələn sel suları Ağsuçayda suyun səviyyəsini artırıb. Nəticədə Ağsuçay Arat-Curuxlu kəndinin ərazisində məcrasından çıxıb, kəndə gedən avtomobil yolu keçilməz olub. Əkin sahələri su altında qalıb, Maşadqanlı kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib.

Əraziyə ağır texika və canlı qüvvə cəlb edilib, yolun açılması istiqamətində iş görülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
azertag.az

7Mənbələr